Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,28 bənd az (8%), ötən ilin fevralın 1-nə nisbətən isə 0.82 bənd (20,4%) azdır.
Belə ki, bu ilin yanvarın 1-nə manatın dövretmə sürəti 3,48, ötən ilin yanvarın 1-nə 4,02 bənd təşkil edib.