Azərbaycanda hüquqi şəxslər üzrə bank müştərilərinin sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər üzrə bank müştərilərinin sayı 148 min 726 nəfər olub.
Bu da illik müqayisədə 12 548 nəfər, yaxud 9,2%, aylıq müqayisədə 2 083 nəfər, yaxud 1,4% artım deməkdir.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bank müştərilərinin sayı 136 min 178 nəfər, cari ilin yanvar-avqust aylarında 146 min 643 nəfər olub.