FED.az Bloomberg-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın baş nazirin müavini Məhmət Şimşək ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirib.
Qeyd edək ki, “Hürriyyət” qəzeti baş nazirin müavininin vəzifəsindən istefa verdiyinə dair iddialar irəli sürüb. Buna səbəb kimi isə onun yürütdüyü iqtisadi siyasətinə görə Ərdoğanın tənqidlərinə məruz qalması göstərilir.
Eləcə də bax: Bank sektorunda "tərəzi daşları" azdır və ya BANKLAR BİRLƏŞSƏ...
Mətbuat katibi yayılan xəbərlərin yalan olduğunu deyib:
“Bu, əsassız iddiadır. Məhmət Şimşəkin vəzifədən getməsi ilə bağlı bizə məlumat daxil olmayıb”
Bir qədər sonra Məhmət Şimşək “twitter” səhifəsində investorlarla görüş məqsədilə İstanbulda olduğunu və son nəfəsinə qədər Türkiyə iqtisadiyyatına xidmət etməyə davam edəcəyini deyib.
Qeyd edək ki, Məhmət Şimşək öz sələfi Əli Babacan kimi ortodoks iqtisadi siyasətinin böyük tərəfdarlarından biridir. İnvestorlar onu Ərdoğan və onun tərəfdaşlarına kontr-balans kimi görürlər. Məhmət Şiməşk iddia edir ki, faiz dərəcəsini aşağı endirməklə yüksələn infilyasiyanı cilovlamaq olar.
Eləcə də bax: Türk lirəsi daha da ucuzlaşdı