Koronavirus (COVID-19) pandemiyası Gürcüstanda təxminən 100 min nəfəri gəlirdən məhrum edib.
Eləcə də bax: Dünya Bankı: Bu il Gürcüstan iqtisadiyyatı 6% kiçiləcək
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.
Onun sözlərinə görə, builki iqtisadi geriləmə özəl sektorda fəaliyyət göstərən işçilərin sayına təsirsiz ötüşməyib.
Bununla belə, nazir müavini gələn il muzdlu işçilərin sayının artacağını və azı 20 min nəfərin gəlirlərini bərpa edəcəyini vurğulayıb. (Report)