Bu il Gürcüstan iqtisadiyyatında ötən illə müqayisədə 6% azalma olacaq.
Eləcə də bax: Avropa İttifaqı Gürcüstana - 129 Milyon Avro Ayırıb
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.
Sənədə əsasən, 2021-ci ildə isə qonşu ölkədə 4% iqtisadi artım gözlənilir.
"Koronavirus (COVID-19) pandemiyası səbəbindən 2020-ci ildə Gürcüstanda təxminən 160 min vətəndaş yoxsulluqla üzləşə, 400 min nəfərin isə gəlirləri azala bilər", - hesabatda qeyd olunub. (Report)