Kolumbiyalı istehsalçılar daha az kofe tədarük etməklə dünya bazarlarında kofenin bahalaşmasına səbəb olublar.
Eləcə də bax: Kofe qiymətləri bu il 50%-ə yaxın bahalaşıb - QITLIQ GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, kolumbiyalı istehsalçılar müqavilələri ləğv edərək, daha əlverişli qiymətə satmaq məqsədilə məhsulun 10%-nin (1 milyon kisə) tədarükünü həyata keçirməyiblər. Bu cür möhtəkirliyin dünya bazarlarında kofenin daha da bahalaşmasına səbəb olacağı gözlənilir.
Hesablamalara görə, nəticədə alıcılar 8-10 milyon ABŞ dolları ziyana düşə bilərlər.
Qeyd edək ki, dünyanın aparıcı kofe istehsalçısı olan Braziliyada hökm sürən pis hava şəraiti artıq kofe qiymətlərinin 55% bahalaşmasına səbəb olub. (Report)