"Sahibkarların əksəriyyəti yüksək faiz dərəcələrindən, ağır girov şərtlərindən şikayət edir"
FED.az xəbər verir ki, bunu aprelin 21-də Bakı şəhərində “KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın nəticələrinin ictimaiyyətə çatdırılması ilə bağlı keçirilən təqdimatında İqtisadi Resursların Öyrənilməsi mərkəzinin tədqiqatçısı, həmçinin layihənin rəhbəri i.f.d. Ruslan Atakişiyev deyib.
O bildirib ki, sahibkarların əksəriyyəti yüksək faiz dərəcələrindən, ağır girov şərtlərindən şikayət edir. Bununla yanaşı alternativ maliyyə mənbələrindən sayılan Vençur kapitalı, Kraudfandinq və payda iştirak kimi vəsait cəlb etmə yollarından biznes camiyyəsinin məlumatlılığının da çox aşağı olması faktını iştirakçıların diqqətinə çatdırıb.
KOBİA Azərbayanda ilk model müəssisə yaratmağı - PLANLAŞDIRIR
Təqdimat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Kiçik və Orta Sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” adlı layihə çərçivəsində reallaşıb.
Həmçinin, tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Birgə İnvest MMC də tərəfdaşlıq ediblər.
Tədbiri giriş sözü ilə açan KOBİA-nın KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev dünyada baş verən proseslər çərçivəsində ölkəmizin beynəlxalq aləmdə rəqabətqabiliyyətliyinin artırılması, KOB-ların Azərbaycan iqtisadiyyatına töhfəsi və onların maliyyə mənbələrinə çıxışlarının təmini üzrə dövlətin apardığı tədbilər barəsində söhbət açıb.
Sonda Birgə İnvest MMC-nin layihələr üzrə baş meneceri Elnur Quliyev “Dövlətin yeni maliyyə dəstəyi mexanizmi” mövzusunda çıxış etmişdir. Onun Azərbaycan bazarına yeni daixil olmuş, dövlət tərəfindən maliyyləşən Birgə İnvestin sahibkarlara ortaqlıq şərtləri ilə Faizsiz kredit verməsi və hətta sərmayənin 30%-i miqdarında heç bir qarşılıq güdmədən pul yatırması ilə bağlı təqdimatı iştirakçıların böyük marağına səbəb olub.
Tədbirdə KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, AZPROMO-nun, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İnnovasiyalar Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, UNEC KOB Tədqiqat mərkəzinin nümayəndələri, tədqiqatçılar, doktorantlar, müəllimlər, sahibkarlar və tələbələrdən ibarət 50-dən şəxs çox şəxs iştirak edib.