Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)ölkədə ilk model müəssisə (model müəssisənin yaradılmasının əsas ideyası müəssisənin fəaliyyətinə dair nəzəri biliklərin həmin müəssisədə real iş nəticəsində əldə edilən praktiki təcrübə ilə uzlaşdırılmasıdır) yaratmağı planlaşdırır.
Eləcə də bax: Xüsusi Dövlət Mühafizə Xidməti bu məhsulları alır – TENDER – SİYAHI
FED.az xəbər verir ki, bununla əlaqədar, KOBİA iki təkliflər sorğusu keçirildiyini elan edib.
Birinci sorğunun predmeti Azərbaycanda ilk model müəssisədə qənaətli iş modellərinin tətbiqinə dair praktiki təlim və məsləhət xidmətlərinin satın alınmasıdır.
İkinci sorğunun predmeti ilk model müəssisədə istifadə olunacaq avadanlıqların alınması, quraşdırılması və texniki servis xidmətlərinin satın alınmasıdır.
Sorğunun hər birində iştirak haqqı 450 manatdır.
Təkliflər 18 may saat 11:00-dək qəbul olunur. Təkliflərin açılması 19 may saat 11:00-da baş tutacaq. (İnterfaks -Azərbaycan)