Almanların təxminən 91%-i inflyasiya və yüksək enerji qiymətləri səbəbindən xərcləri azaldıb.
Eləcə də bax: Almaniyada inflyasiya 1974-cü ilin qışından bəri - Ən Yüksək Səviyyədə!
FED.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild am Sonntag” nəşri yazır.
“Insa”nın 1003 respondent arasında apardığı araşdırmaya görə, almanların 75%-i inflyasiyanın onların rifahına “böyük” və ya “çox güclü” təsir etdiyini bildirib. Respondentlərin yalnız 9%-i xərcləri azaltmadıqlarını bildirib.
Almaniya vətəndaşları geyimə, yeməyə, barlarda dincəlməyə, mədəni fəaliyyətlərə və avtomobil səfərlərinə qənaət etməyə başlayıblar.
Maliyyə vəziyyətinin pisləşməsini sorğu iştirakçılarının yarısı qeyd edib, 42%-i heç bir dəyişiklik görmədiyini, 7%-i isə maliyyə vəziyyətlərinin yaxşılaşdığını qeyd edib. Eyni zamanda, respondentlərin 46%-i əsas alış-verişi təxirə saldıqlarını etiraf ediblər. (Report)