Almaniyada inflyasiya may ayında bir ay əvvəlki 7,4%-dən 7,9%-ə qədər sürətlənib.
Eləcə də bax: ABŞ-da 40 ilin ən yüksək inflyasiyası neft qiymətlərinin aşağı düşməsinə - SƏBƏB OLUB
FED.az xəbər verir ki, sonuncu dəfə oxşar göstəricilər Almaniyada 1973-1974-cü ilin qışında neft böhranı səbəbindən qeydə alınmışdı.
Ukrayna ərazisində müharibə başlayandan sonra enerji qiymətləri xüsusilə bahalaşıb və bu, inflyasiyaya daha çox təsir edir. Digər amil isə koronavirus pandemiyası zamanı tədarük zəncirlərinin pozulmasıdır.
Almaniya federal bankı "Bundesbank"ın proqnozuna görə, ilin sonuna inflyasiya 7,1% səviyyəsində olacaq. (Marja)