Azərbaycanda kiçik pərakəndə ticarət obyektlərinə nağdsız ödənişlərin qəbulu üçün xüsusi həll təklif olunacaq.
Eləcə də bax: Azərbaycanda marketlərdə POS kredit verilməsi - Təklif Edilir
FED.az xəbər verir ki, söhbət mobil cihazı (smartfonu) tam funksional POS-terminala çevirəcək mobil əlavədən gedir. Bu həll bank POS-terminallarını almaq sərfəli olmayan kiçik ticarət obyektləri üçün nəzərdə tutulub.
Mənbə onu da bildirib ki, texniki cəhətdən işlər tamamlanıb, lakin hələlik hüquqi tənzimləmənin olmaması səbəbindən bu layihəmin icrası mümkün deyil.
"Hazırda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanun layihəsi üzərində iş gedir. Yeni qanunun qüvvəyə minməsindən sonra mobil əlavə kiçik pərakəndə ticarət obyektlərinə təklif olunacaq", - deyə mənbə qeyd edib.
Xatırladaq ki, qanun layihəsinin gələn ilin əvvəlinə qüvvəyə minməsi gözlənilir. Qanun qəbul olunduqdan sonra ödəniş xidmətləri göstərən təşkilatlar icbari qaydada lisenziyalaşdırılacaq. (Apa)