Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) POS kredit məhsulunu təqdim etmələri təklif edilir.
Eləcə də bax: 10-cu Azərbaycan Mikromaliyyə Konfransı - CANLI
FED.az xəbər verir ki, “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında “FinDynamix”in həmtəsisçisi Söhrab Fərhadov bildirib ki, POS kredit satış nöqtəsində alıcıya malı və ya xidməti almaq üçün bir neçə taksitlə ödənişi həyata keçirmək şərtilə verlən kredit növüdür.
“Məsələn biz gedib “Araz” marketdən 200 manatlıq mal alırıq. Bank olmayan kredit təşkilatı marketə nümayəndəsin təyin edə bilər və o, yerində qərar verib 10 dəqiqəyə krediti rəsmiləşdirə bilər. Bu nağdsız formada baş verəcək. BOKT market qarşısında, müştəri isə BOKT qarşısında öhdəlik götürür. Mütəri mikrokredit təşkilatına taksitlə borcunu qaytarır. Bu xidmətin faydası budur ki, marketin satışını artıracaq, eyni zamanda alıcıya imkan verir ki, daha bahalı və keyfiyyətli mal ala bilsin.
Bu gün kredit kartlarında taksitlər müştərilər (kart sahibləri) üçün faizsizdir, faizi mağaza ödəyir. Ölkəmizdə təxminən 900 min kredit kartı var. Bizdə kredit kart bazarı çox zəif inkişaf edib. Kredit kartı olmayan çox insan var və onlara faizsiz taksit təqdim etmək potensialı böyükdür. Mikromaliyyə təşkilatları (BOKT-lar) bu xidməti göstərmək üçün ən yaxşı mövqedədirlər.
POS kredit mexanizimində mağaza yeni müştərilər cəlb edə bilər, onun üçün kredit riski sıfırdır. Bu gün elektronika məhsullarının satışı ilə məşğul olan şəbəkələr krediti özləri verib risk daşıyırlar. Məncə onların bu işi mikromaliyyə təşkilatlarına autsorsinq (outsourcing) etmələrinin vaxtı çatıb”. (Marja)