Azərbaycanda kiçik və orta biznesin iri market şəbəkələrinə çıxması ilə bağlı problemlər var.
FED.az xəbər verir ki, bu barədə qida sənayesinə həsr olunan toplantıda KOBİA-nın rəhbəri Orxan Məmmədov bildirib.
Eləcə də bax: Azərbaycanda biznesə dəstək üçün - YENİ MEXANİZM İŞƏ DÜŞÜR
Orxan Məmmədov bu sahədəki problmləri və təklifləri səsləndirib.
Onun sözlərinə görə, ilk növbədə bu sahədə maarifləndirmə və məlumatandırmaya ehtiyac var. Bir sıra hallarda qida sənayesində çalışan iş adamlarının qida istehsalı və satışı ilə bağlı normativ prosedurlar və sanitar gigiyena barədə məlumatsızlıqları problemr yaradır və müdaxilə kimi başa düşülür. KOB-ların bilik bacarınığının artırılması üçün KOB inkişaf mərkəzləri yaradılır.
İri market şəbəkələrinə girişdə problemlər var. Bəzi obyektiv və subyektiv səbəblər də var. Bunun qarşısını almaq üçün tənzimləmə mexinzmlərinə və dövlət dəstək mexanizminin tətbiqinə ehtiyac var və bununla bağlı təkliflər hazırlanıb.
Dövlət dəstəyinin təşviqinə ehtiyac var. Təşkil mexanizmləri var və bu barədə də məlumatdandırma olamalıdır
Məsələn bu bazar araşdırmaları mexanizmidir 20 min manatədək dəstək var, İxracın subsidiyalaşması mexanizmi var Azpromo tərəfindən - sahibkarlar bundar yararlana bilərlər . Çünki bu sahədə aktivlik lazımi səviyyədə deyil – deyə Orxan Məmmədov bildirib.