Yaxın vaxtlarda Azərbaycanda kiçik və orta biznesin maliyyələşməsi üçün yeni mexanizm işə düşəcək.
Eləcə də bax: Qadınlar üçün - BİZNES SAHƏLƏRİ YARADILIB
Bu barədə FED.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, yeni mexanizmin mahiyyəti onan ibarətdir ki, KOBİA tərkibində yaradılacaq Kiçik və Orta Biznesin İnkişafı fondu kiçik və orta biznesdə tərəfdaş kimi çıxış edəcək. Başqa sözlə, fond biznes layihələrində şərik kimi iştirak edərək həmin layihəni maliyyələşdirəcək.
Bu zaman fondun biznesdə iştirakı ilə bağlı maksimum pay 50% təşkil edəcək.
Hələlik fondun 10 milyon manat kapitalı var. Amma yaxın vaxtlarda bu məbləğ 30 milyon manata çatacaq. Məbləğin artımı, prosesə xarici partnyorların, o cümlədən AYİB, Asiya İnkişaf Bankı, İslam İnkişaf korporasiyası və başqa təşkilatların qoşulması sayəsində baş tutacaq.