Prezident İlham Əliyev “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, indiyə qədər kənd təsərrüfatı istehsal kooperativi və kənd təsərrüfatı istehsal-istehlak (qarışıq) kooperativi kommersiya hüquqi şəxs statusunda olub.
ELƏCƏ DƏ BAX: Nar satanların qazancı açıqlandı – MİLYONLARLA DOLLAR
Dəyişikliyə əsasən bundan sonra bu kooperativlər sadəcə, hüquqi şəxs statusunda olacaq. İndiyə qədər kənd təsərrüfatı istehlak kooperativi qeyri kommersiya hüquqi şəxs olubsa, bundan sonra bu kooperativlər də sadəcə, hüquqi şəxs olacaq.
Qanunla istehlak kooperativləri arasında yer alan kredit kooperativlərinin öz üzvlərinin əmanətlərini saxlamaq hüququ da ləğv edilib.
Kənd təsərrüfatı kooperativlərinin statusu dəyişdi – YENİLİK
20:00
25 Yan 2019