2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 21,2 milyard dollara bərabər olub.
Türkiyə Azərbaycana geyim ixracını - 30 FAİZDƏN ÇOX ARTIRIB
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,2 milyard dollar məbləğində hazır geyim ixrac edib. (Trend)