İqtisadiyyat

“Keçən il bu işdən 10 min manat qazanmışam”

“Keçən il bu işdən 10 min manat qazanmışam” | FED.az
18:51 12 Noy 2018

Sitrus meyvələri ilə məşdur olan cənub bölgəsində insanların bir hissəsi məhz bu sahədə biznes qurub.
 
ELƏCƏ DƏ BAX: Zəhməti az, gəliri çox olan aqrar biznes: KƏKLİKOTU TARLASI
 
FED.az xəbər verir ki, ötən həftə Lənkəranda keçirilən çay və sitrus festivalında iri şirkələrlə yanaşı, kiçik sahibkarlar da bu sahədə məhsullarını nümayiş etdiriblər. Sitrus meyvələrinin yetişdirilməsi ilə məşğul olan Elşad Höcətov FED.az-a Lənkərandakı sitrus meyvələri biznesi haqqında məlumat verib.
 
Onun sözlərinə görə, Lənkəranda ümumən 25 növ sitrus meyvəsi  istehsal olunur. Amma bunlardan 4-ü daha populyardır - naringi, limon, portağal və kinkan.
 
Digər meyvələr isə daha çox nümunə üçün əkilir. Məsələn, «Lizbon», «Pamelya» və sairi misal göstərmək olar.
 
Bunlardan «Palabon» yeni növdür və Koreyadan gətirilir.
 
Höcətov Elşad özü sitrus meyvələrinin tinglərinin istehsalı və satışı ilə məşğul olur: «Özümün 5 hektarlıq sahəm var idi , amma göclü  şaxtadan sonra orda siturus meyvəsi əkməmişəm. Hal-hazırda bu işlə həyətyanı sahədə 10-12 sotluq ərazidə məşğul oluram».
 
O qeyd edib ki, bu tingləri 10 manta satır, hərçənd bazarda belələri 20 manatdan satışdadır. Fermer ötən il bu sahədən 10 min manat qazanıb, bu il həmin məbləğin azalacağını gözləyir: «Bu iş nəticəsində keçən il 10 min manat qazanc götürmüşəm, bu il isə daha az gözləyirəm, çünki bazarda durğunluq hiss olunur.  Səbəbi 2015-ci il də dövlət tərəfindən ayrılan subsidiyanın təsirinin azalmasıdır».
 
Cənub bölgəsindən sitrus meyvələri əsasən Rusiyaya ixracı olunur.
 
Yerlərdə onların qiyməti hər kiloqram üçün 80 qəpik -1 manat arasında, daha aşağı keyfiyyətli meyvələr isə 50-60 qəpikdən alınır Rusiyada isə daha baha qiymətə satılır.

Digər xəbərlər