2023-cü ilin yanvar-iyul aylarında İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 25,9% artaraq 6,045 milyon frank (6,16 milyon avro) təşkil edib.
Aİ ölkələri I yarımillikdə Azərbaycana ixracı - 1,5 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bu barədə İsveçrə Gömrük İdarəsi bildirir.
Statistik məlumatlara görə, isveçrəli saatsazlar yanvarda Azərbaycana 0,696 milyon frank (0,699 milyon avro), fevralda 0,729 milyon frank (0,736 milyon avro), martda 0,608 milyon frank (0,614 milyon avro), apreldə 1,026 milyon frank (1,042 milyon avro), mayda 1,028 milyon frank (1,055 milyon avro), iyunda 1,02 milyon frank (1,045 milyon avro), iyulda isə 0,936 milyon frank (0,969 milyon avro) dəyərində məhsul ixrac ediblər.
2021-ci illə müqayisədə 2022-ci ildə İsveçrədən Azərbaycana saatların və onların hissələrinin ixracı dəyər ifadəsində 19,9% - 9,753 milyon franka qədər (9,724 milyon avro) artıb. (İnterfaks-Azərbaycan)