2023-cü ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% azalaraq 11,168 milyard avro təşkil edib.
Xarici ticarətdə 6,6 milyard dollarlıq - MÜSBƏT SALDO YARANIB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Statistik məlumatlara görə, cari ilin I rübündə Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 5,858 milyard avro (azalma 4,2%), II rübdə 5,31 milyard avro (azalma 30,1%) təşkil edib.
I yarımillikdə Aİ ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya (6,198 milyard avro, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 30,8%), Yunanıstan (781,224 milyon avro, artım 26,4%), İspaniya (691,334 milyon avro, artım 76,9%), Çexiya (667,177 milyon avro, artım 8,1%) və Almaniya (539,793 milyon avro, azalma 51,3%) olub.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Aİ ölkələrinə ixrac 9,973 milyard avro (azalma 22,8%), o cümlədən I rübdə 5,229 milyard avro (azalma 9,1%), II rübdə 4,744 milyard avro (azalma 33,8%) təşkil edib.
2023-cü ilin I yarısında Aİ ölkələrindən Azərbaycana idxal 1,195 milyard avro (artım 50,1%), o cümlədən I rübdə 629,691 milyon avro (artım 72,7%), II rübdə 564,896 milyon avro (artım 30,9%) təşkil edib.
Beləliklə, bu ilin I yarısında Aİ ölkələri ilə idxal-ixrac münasibətlərində Azərbaycanın müsbət saldosu 8,778 milyard avro (2022-ci ilin yanvar-iyun aylarına nisbətən azalma 27,6%) təşkil edib.
2022-ci ildə Azərbaycan və Aİ ölkələri arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 33,091 milyard avroya (2021-ci illə müqayisədə artım 2,3 dəfə), Azərbaycanın ixracı 2,4 dəfə artaraq rekord həddə - 31,044 milyard avroya, idxalı isə 39,4% artaraq 2,047 milyard avroya çatıb.
2022-ci ildə Aİ ilə ticarət əlaqələrində Azərbaycanın müsbət saldosu 28,997 milyard avro təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,5 dəfə çoxdur. (İnterfaks-Azərbaycan)