İqtisadiyyat Nazirliyinin əməkdaşları Elvin Əlizadə və Mirzə Ələkbər Babayev III “Yüksəliş” müsabiqəsinin qalibi olub.
«Yüksəliş» müsabiqəsinin qalibləri məlum oldu – KARYERA İMKANI VƏ 20 MİN MANAT MÜKAFAT - TAM SİYAHI
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında bildirib.
"İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, peşəkar kadr ehtiyatının yaradılması məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş daha bir “Yüksəliş” müsabiqəsi yekunlaşıb. İki əməkdaşımız da müsabiqənin qalibləridir. Onlar İqtisadiyyat Nazirliyində kadrların peşəkarlığının artırılması məqsədi daşıyan “Uğur yolu” karyera inkişafı proqramında da qalib gəliblər. Əməkdaşlarımıza və “Yüksəliş” müsabiqəsinin digər qaliblərinə təbriklərimizi çatdırır, uğurlar arzulayırıq", - deyə nazir qeyd edib.