İnflyasiyaya uğrayan ölkələrin reytinqi açıqlanıb.
Türkiyədə illik inflyasiya - 65%-Ə YAXINLAŞIB
FED.az xəbər verir ki, Argentina 2023-cü ilin yekunları üzrə ən yüksək inflyasiyaya uğrayan ölkələrin reytinqinə başçılıq edərək, uzun müddətdir lider olan Venesuelanı geridə qoyub.
Livan 192% inflyasiya ilə ikinci yerdədir. Venesuela ilk üçlüyü tamamlayır, burada qiymət artımı bir il ərzində 190%-ə qədər azalıb.
Türkiyədə inflyasiya 2023-cü ildə 65%-ə, Rusiyada isə 7,4%-ə çatıb.
Araşdırmaya görə, dünya ölkələrinin yarısında illik inflyasiya 4,2%-i keçib. 130 ölkədə qiymət artımı zəyifləyib, 20-sində isə sürətlənib. (Oxu.az)