İstanbul Ticarət Palatasının məlumatlarına görə, İstanbulda istehlak qiymətlərini ölçən Yaşayış Qiyməti İndeksi sentyabr ayında illik 107% olub.
Eləcə də bax: Türkiyədə illik inflyasiya - 83 FAİZİ KEÇİB
FED.az xəbər verir ki, İstanbulda sentyabr ayında əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri 6%, topdansatış qiymətləri isə 2,94% artıb.
Bu məlumatlar illik olaraq təhlil edildikdə pərakəndə satışda 107,42 faiz, topdansatış qiymətlərində isə 98,17 faiz artım qeydə alınıb.
Sektorlar üzrə qiymət artımları
Sentyabrda əvvəlki ayla müqayisədə pərakəndə satış qiymətləri digər xərclərdə 53,23 faiz, mədəniyyət, təhsil və əyləncədə 9,66 faiz, məişət məmulatlarında 9,54 faiz, geyimdə 8,63 faiz, səhiyyə və fərdi qulluq xərclərində, mənzil qiymətlərində 8,37 faiz bahalaşıb. Ev istehlakı xərclərində 6,43 faiz, ərzaq xərclərində 3,64 faiz artım olduğu halda, nəqliyyat və rabitə xərcləri qrupunda 0,78 faiz azalma var.