2022-ci ilin sentyabr ayında Türkiyədə illik inflyasiya 83,45 faiz olub.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiya avqust ayı ilə müqayisədə 3,08 faiz, ötən ilin dekabrından bəri isə 52,4 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (117,66 faiz), ərzaq məhsulları (93,05 faiz) və ev əşyaları (89,68 faiz) bahalaşıb.
Avqust ayında illik inflyasiya 80,21 faiz təşkil etmişdi. (Trend)