İstunbulun Sabiha Gökçen Hava limanının rəhbərliyi buradakı mağazalara və digər obyektlərə icarə haqqında edilən güzəştləri açıqlayıb.
AZAL-a daha bir rəqib: Batumi aeroportunun sərnişin gücü – İKİQAT ARTIRILDI
FED.az xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə aeroportu idarə edən Malayziyanın «MAHB Group» şirkətinin buradakı mağazaları hədələməsi ilə bağlı məlumatın yayılması olub. Şirkət mağazalardan tələb edib ki, icarə haqqı borclarını ödəsinlər, əks halda yerlərindən çıxarılacaqlar: «Hava limanı əməliyyatı da pandemiyadan mənfi təsirlənir və hava limanını vətəndaşlarımızın faydalana bilməsi üçün işlətməyimiz vacibdir»-deyə şirkətin mağazalara göndərdiyi məktubda bildirilib.
Şirkətin bu addımı millət vəkillərinin narazılığına səbəb olub. AKP MKYK üzvü Metin Külünk, Malayziya şirkətinin bu yanaşmasını sosial şəbəkədə tənqid edib və bildirib ki, «Korana dövrü gstərdi ki, xarici kapitalın yeganə qayğısı öz marağındadır».
Cavabında İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı terminalını idarə edən İSG-nin baş direktoru Ersel Göral açıqlama yayaraq aeroportdakı mağazalara necə dəstək göstərildiyini açıqlayıb. Direktor bildirib ki, hava limanının bağlandığı 2020 - ci ilin aprel - may 2020 dövründə kirayə haqqı 2 ay müddətinə yığılmayıb. Bundan əlavə, icarəçilərə səkkiz ay müddətində, 2020-ci ilin mart-dekabr ayları arasında 50% kirayə endirimi edilib. 2020-ci ilin aprelindən 2021-ci ilin fevralına qədər olan dövr üçün kirayəçilərə gecikmə faiz tətbiq edilməyib.
Ümumilikdə aeroportdakı 126 kommersiya kirayəçisinə, havayollarına və yerüstü operatorlara ümumilikdə təxminən 6 milyon Avro endirimlə icarə dəstək proqramı təklif edilib. Bu məbləğin 4 milyon avrosu bu günə qədər istifadə edilib. Bununla birlikdə, kirayəçilərdən müəyyən şərtləri yerinə yetirmək tələb olunuğb: «Məsələn, icarəçilərdən Covid-19-dan əvvəlki dövr üçün ödənişləri bağlamaları istənilib. Pandemiya başlamazdan əvvəlki dövrdə qalıqlar olduğu üçün bu ədalətli bir tələb idi. Hava limanının fəaliyyətinə pandemiya maddi cəhətdən də təsir edir və hava limanının işini davam etdirməyimiz vacibdir ki, vətəndaşlarımız bundan faydalana bilsinlər».
Qeyd edək ki, 520 milyon Avroluq bir sərmayə ilə ISG'nin səhmlərini satın alan MAHB Qrupu, bu günə qədər Müdafiə Sənayesi Başçılığına 922.9 milyon Avro ödəyib.