Gürcüstanın Batumi şəhərinin Alexander Kartveli adına beynəlxlq aeroportunun genişləndirilərək yenidən qurulması başa çatıb.
Eləcə də bax : AZAL-ın ixrac gəlirləri bir ildə - 40 Dəfə Azalıb
FED.az xəbər verir ki, aeroportu idarə edən TAV Georgia şirkəti genişlənmə işlərinə 17 milyon dollar xərcləyib. Genişlənmə çərçivəsində aeroportda yeni teminal inşa edilib, uçuş-enmə zolağı isə 30-40 metr genişləndirilib.
Qeyd edək ki, pandemiyaya baxmayaraq, həm Kutaisi, həm də Batumi hava limanlarının tikintisi dayandırılmayıb. Ölkədə sərnişin axınının artması səbəbindən hava limanının genişləndirilməsi gündəmdədir. 2019-cu ildə Batumi Hava Limanında sərnişin sayı 600 min olmuşdu.
Yeni terminal binasının ümumi sahəsi 4000 kv.m-dən 8000 kv.m-ə qaldırılıb. Bundan əlavə, baqajların idarə olunması sahəsi qismən genişləndirilib və əlavə 1 baqaj karuseli quraşdırılıb. Aeoroportda qeydiyyat masaları 8-dən 14-ə, sərhəd gözətçiləri kabinələri gəlişdə 6-dan 12-yə, uçuşda 6-dan 8-ə qədər artırılıb. Gediş zonasına 2 avtobus çıxışı əlavə edildi, ümumilikdə sərnişinlər 6 avtobus çıxışından faydalanacaqlar.
Tikinti işlərində 300-ə qədər yerli sakin işə cəlb edilmişdir.
Gürcüstan hökuməti ölkəyə turist səfərlərinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi üçün aktiv aeroportlardan birinin genişlənməsini mühüm məqsəd sayır.