İran Rusiya üzərindən neft satmayacaq.
FED.az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, bunu İranın neft naziri Bijən Namidar Zəncənə bildirib.
ELƏCƏ DƏ BAX: Kanada nefti su qiymətinə düşdü - 20 DOLLAR
Bəzi mənbələr İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Rusiya ilə gizli razılığa gəldiyini iddia edirdilər. Bu razılaşmaya görə, İranın öz neftini Xəzər dənizi ilə Rusiyaya nəql edəcəyi, sonra isə həmin nefti beynəlxalq bazarda Rusiya nefti kimi satacağı bildirilirdi.
Nazir isə deyib ki, Tehran Enerji Birjasında indiyədək 280 min barel neft satılıb.
Yeri gəlmişkən, İran ötən günlərdə öz neftini ilk dəfə enerji birjasında satışa çıxarıb.
Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.
İran Rusiya üzərindən neft satmayacaq
20:47
31 Okt 2018