Azərbaycanda 2022-ci ilin dövlət büdcəsi və iqtisadi proqnozları ilə bağlı dövlət qurumları arasında fikir ayrılığı yaranıb.
FED.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin büdcə ilə bağlı bugünkü açıqlamasından sonra ortaya çıxıb.
Hökumət 2022-ci ilin büdcəsini açıqladı – İLKİN GÖSTƏRİCİLƏR - RƏQƏMLƏR
Xatırladaq ki, bir neçə gün əvvəl Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb.
Dövlət Vergi Xidmətinə daha çox vergi yığmaq tapşırılır – 2 MİLYARD MANATA YAXIN ARTIRILIR
08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.
Qarşıdakı 4 ildə də Neft Fondundan «yeyəcəyik» - RƏQƏMLƏR AÇIQLANDI
İqtisadiyyat nazirliyi bildirib ki, Maliyyə Nazirliyi bu sənədi açıqlayandan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.
Qeyd edək ki, proqnozlara görə, açıqlanan sənəddə gələn il dövlət büdcəsini vergi xidmətinin xətti ilə daxil olmaların təqribən 2 milyard manat artacağı göstərilirdi. Belə artım proqnozu cəmiyyətdə və mətbuatda onun mənbəyi ilə bağlı suallar yaradırdı.
Hökumət 2022-ci ilin büdcəsini açıqladı – İLKİN GÖSTƏRİCİLƏR - RƏQƏMLƏR
İqtisadiyyat Nazirliyi isə bildirib ki, bu proqnozlarla razı deyil. Nazirliyin açıqlamasında deyilir ki, «qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır».
Bununla yanaşı, qeyd edilir ki, «mövcud praktikaya əsasən, yəni əvvəlki illərdə olduğu kimi, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır».
Bu il də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilsə də, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. «Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcəkdir»-deyə iqtisadiyyat nazirliyi bildirib.