“İqtisadiyyata dəstək mexanizmlərinin tətbiqi, koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyata müsbət təsir göstərib”.
Eləcə də bax: Elman Rüstəmov süni qiymət artımından - DANIŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.
Nazir müavini deyib ki, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb: “Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23 %-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25 %-i ötüb. Qeyd olunmalıdır ki, Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edirlər. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır”.