“Süni qiymət artımının qarşısının alınması üçün azad rəqabət prinsipləri genişləndirilməlidir”.
Eləcə də bax: "Bəzi məhsulların bahalaşması daha da sürətlənib"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.
“Hesab edirəm ki, dövlət başçısı süni qiymət artımından danışan zaman bunu nəzərdə tutur. Ona görə biz də düşünürük ki, bu istiqamətdə işlər diqqət mərkəzində olmalıdır”, - o vurğulayıb.