Aprel ayında ümumi daxili məhsulu rekord dərəcədə - 20,4% faiz azalan İngiltərə, daha bir pis iqtisadi xəbər alıb. İngiltərənin dövlət borcu 1,95 trilyon funt sterlinqə çataraq son 50 ildə ilk dəfə olaraq ölkənin iqtisadi ölçüsünü üstələdi.
Eləcə də bax: Dünya iqtisadiyyatı koronavirusa görə - BU QƏDƏR İTİRDİ
FED.az xəbər verir ki, Britaniya Corona virus epidemiyasının ən çox iqtisadi cəhətdən təsirləndiyi ölkələr arasında birinci yeri tutur. Avropa Birliyindən çıxmaq müddətində baş verən pandemiya ölkəni çətin vəziyyətə saldı.
Hökumət nəhayət may ayında daha 55,2 milyard funt (70 milyard dollar) borc götürdü. Bu rəqəm statistikanın aparıldığı 1993-cü ildən bəri bir ay ərzində ən böyük borc olaraq qeydə alınıb. Keçən ilin may ayında dövlət borcu bu rəqəmin doqquz biri idi.
Vergi yığımları azaldi, xərclər isə artır
İngiltərə üçün əsas narahatlıq, ümumi dövlət borcunun 1 trilyon 950 milyard funt sterlinqə (2,4 trilyon dollar) çatmasıdır. Beləliklə, ölkənin borcu 50 ildə ilk dəfə ümumi iqtisadi ölçüsünü aşıb.
Xəzinədarlıq kansleri Rishi Sunak bildirib ki, maliyyyə vəziyyətinin piçləşməsinin əsas səbəbi koronavirus olub: «Dövlət maliyyəsini davamlı etmək üçün ən təsirli yol, insanların işə qayıda bilməsi üçün iqtisadiyyatımızı etibarlı şəkildə yenidən açmaqdır. Bunu tədricən etməyi planlaşdırırıq».
May ayında ƏDV-dən başqa bütün vergi daxilolmaları azaldı. Digər tərəfdən, epidemiya səbəbiylə elan edilən dəstək paketləri xərclərin artmasına səbəb oldu.
Aprel və May aylarında gəlir və xərc arasındakı fərq 103,7 milyard funt sterlinq olub. Ötən ilin eyni dövründə bu rəqəm 16,7 milyard funt sterlinq idi.
PwC konsaltinq firmasının baş iqtisadçısı Alex Tuckett bildirir ki, hökumət virusa görə iqtisadiyyata 29 milyard funt sterlinq dəstək verib, amma əsas problem ƏDV daxilolmalarının 46 faiz azalması ilə bağlı olub. «Qısa müddətdə iqtisadiyyatın bərpası ilə vergi gəlirlərinin artırılması lazımdır. Amma bu asan olmayacaq».