Dünya iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən qlobal təchizat zəncirinin qırılması nəticəsində azı 126 milyard dollar itirib.
Eləcə də bax: Koronavirusla mübarizə üçün - YENİ VERGİ - XARİCDƏ
FED.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir qənaətə Beynəlxalq Ticarət Mərkəzinin mütəxəssisləri gəliblər.
“Çin, Avropa İttifaqı və ABŞ-da istehsalın dayanması ticarətə daha böyük təsir göstərdi. Bu ölkələr birlikdə dünya idxalının 63%-ni, ixrac-dəyər zəncirinin isə 64%-ni təşkil edirdilər. Ticarət əlaqələrinin pozulması ixracdan asılı olan İnkişaf Etməkdə Olan Ölkələrə daha ciddi təsir göstərdi”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, mütəxəssislərin fikrincə, bütün kiçik və orta sahibkarlığın azı 55%-i pandemiyadan ciddi ziyan görüb.
“qafqazinfo”