"Gürcüstanla ticarət dövriyyəmizin artması bizi sevindirir".
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
Prezident bildirib ki, bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır: “Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Və bu sərmayə qarşılıqlı faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir”.