“2022-2026-cı illərdə sosial iqtisadi inkişaf strategiyasına əsasən, hökumətin qarşısında bir sıra tapşırıqlar var”.
Eləcə də bax: Baş nazir: “İnflyasiya təzyiqləri yüksəlib”
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, dayanıqlı iqtisadiyyat, xərclərin optimallaşdırılması və qənaət rejimində istifadəsi, antiinhisar siyasətinin, həmçinin daxili bazarda qiymətə nəzarətin gücləndirilməsi, qlobal bazarda ərzaq bahalaşmasının ölkəyə təsirinin azaldılması və ərzaq təhlükəsizliyinin təmini, rəqabətli insan kapitalı və vətəndaşların sağlam həyat tərzinin təmin olunması bu vəzifələr sırasındadır: “Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq. Bunun üçün biz aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir. Daxili bazarda ərzaq təhlükəsizliyi istiqamətində tədbirlər görmək məqsədilə Dövlət Ehtiyatlar Agentliyi yaradılıb. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, tarixi mədəni irsin bərpası, orada əhali üçün şəraitin yaradılması dövlət başçısı tərəfindən hökumət qarşısında qoyulan əsas prioritetdir”. (Apa)