“Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfə üstələyir”.
Eləcə də bax: Əhalinin gəlirləri 15%, ərzaq qiymətləri 17% artıb – BAHALAŞMA GƏLİR ARTIMINI «YEYİR»
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 % azalıb: “2021-ci ildə dövlət borcunun idarə olunması, şəffaflığın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Büdcə qaydasının tətbiqi artıq bərpa olunub. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 % faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 %-i ərzaq inflyasiyasının payına düşür. Məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib. Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, ərzaq təhlükəsizliyi təmin edilsin”. (Apa)