Hindistan düyü ixracını məhdudlaşdırmağa qərar verib. Bildirilir ki, xırdalanmış düyünün ixracına qadağa, qalanlarına (Basmati istisna olmaqla) isə 20% rüsum qoyulub. Bu qərar quraqlıqdan məhsulun azalması ilə əlaqədar qəbul edilib.
Eləcə də bax: Azərbaycanda düyünün qiyməti bu 6 şirkətin əlində dəyişirmiş – İŞ AÇILDI, SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Hindistan Çindən sonra dünyanın ikinci ən böyük düyü istehsalçısıdır. Hindistan hakimiyyəti bu il düyü istehsalının itkisinin 10-12 milyon ton ola biləcəyini gözləyir.