İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü bazarında araşdırmalar aparır.
Eləcə də bax: Dövlət Xidməti "Azərsun Holdinq"in şirkətləri barədə - İŞ QALDIRIB
FED.az Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
İşə 23.05.2022-ci il tarixində baxılacaq.
Qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrədir. Bu maddələr - bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsini (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması); digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərar vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsini; bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişləri nəzərdə tutur.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.