Gürcüstanın xarici dövlətlərə borcunun həcmi açıqlanıb.
Eləcə də bax: Azərbaycan Gürcüstandan 14 milyon dollara yaxın sərmayəni - GERİ ÇƏKİB
Bu ilin iyul ayının 1-nə olan məlumata əsasən, ölkənin ümumi xarici borcu 163 260 dollar artaraq 6,142,531 min dollara bərabər olub.
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.
Bildirilir ki, cari ilin 6 ayının yekunlarına görə, Gürcüstanın Azərbaycana 6,107 milyon ABŞ dolları həcmində borcu var.
Aylıq müqayisədə ölkənin Azərbaycana borcunda 184 min dollar azalma qeydə alınıb.
Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında Almaniya birinci (372,396 milyon dollar), Fransa ikinci (457,182 milyon dollar), Yaponiya üçüncü yerdədir (213,377 milyon dollar).
Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 11,780 milyon dollar, 46,019 milyon dollar və 6,326 milyon dollar təşkil edib. (Azərtac)