Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 13,9 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Eləcə də bax: Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlirləri 70% azalacaq - PROQNOZ
Hesabat dövründə qonşu ölkədən ən böyük məbləğdə investisiya geri götürən (38 milyon ABŞ dolları) Böyük Britaniyanın Vircin adaları olub.
Qeyd edək ki, bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına 165,4 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb ki, bu da illik müqayisədə 41,7% azdır. (Report)