Bu ilin I rübündə Gürcüstanda istehsal olunmuş nominal ümumi daxili məhsulun (ÜDM) dəyəri 11,276 milyard lari təşkil edib.
Eləcə də bax: Gürcüstanda orta maaş 400 dollara yaxınlaşıb - Azərbaycandan Geri Qalırlar
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, İllik müqayisədə ÜDM-in real artım tempi 4,5 % azalıb, ÜDM deflyatoru isə 6,8% artıb.
Hesabat dövründə qonşu ölkədə real artım maliyyə və sığorta (24%), mədən sənayesi (50,3%), sağlamlıq və sosial fəaliyyət (13,3%), topdan və pərakəndə satış (3,9%), informasiya və kommunikasiya (16,8%) sahələrində qeydə alınıb.
Qonaqlama və qidalanma xidmətləri (-54%), tikinti (-19,4%), incəsənət, əyləncə və rekreasiya (-25,4%), daşınmaz əmlak xidmətləri (-6,4%), nəqliyyat və anbar təsərrüfatı (-9%) sektorlarında isə azalma müşahidə edilib.
Yanvar-martda ticarət (14,9%), daşınmaz əmlak (11,8%) və istehsal (10,6%) sahələri ÜDM-də ən böyük paya sahib olub. (Report)