Gürcüstan bu ilin birinci yarısında istehlak etdiyi buğda ununun 99 faizini, buğdanın isə 86 faizini Rusiyadan alıb. Cari ildə Rusiyadan un alınması kəskin artıb. Buğda alınması isə xeyli azalıb.
Eləcə də bax: Azərbaycana qonşu dövlət buğda və arpa ixracına birillik - QADAĞA QOYDU
FED.az xəbər verir ki, bununla da Rusiya Gürcüstanın buğda unu və taxıl tədarükündə yeganə monopolist ölkə olub.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində Gürcüstan Rusiyadan 17 milyon ABŞ dolları dəyərində 48,3 min ton buğda alıb.
Hesabat dövründə Gürcüstana 36,2 milyon dollar dəyərində 95,725 min ton un gətirilib. Bunun da demək olar ki, 99 faizi Rusiyadan alınıb.
Keçən 2021-ci ilin eyni dövrü ilə müqayisədə un idxalı 895,6 faiz, pulla ifadədə isə 1174,6 faiz artıb.
Gürcüstanın un idxal etdiyi ölkələr sırasında Türkiyə, İtaliya, Qazaxıstan və digər ölkələr də yer alıb. (Azərtac)