Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.
Eləcə də bax: Gürcüstanda təbii qazın kommersiya tarifi - ARTIRILIB
FED.az xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.
Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.
Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir hissəsidir. Arpaya gəlincə, builki mövsümdə qonşu ölkədə 60 min ton məhsulun yığılacağı gözlənilir. (Report)