“Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsində ölkədə iqtisadi artım proqnozu 4,3% müəyyən edilib”.
Eləcə də bax: Gürcüstanın milli valyutası - Lari Kəskin Ucuzlaşıb
FED.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani bildirib.
Nazirin sözlərinə görə, əvvəlcə gələn il üçün 5%-lik iqtisadi artım proqnozlaşdırılsa da, koronavirus (COVID) pandemiyasının güclənməsi proqnoza yenidən baxmaq zərurəti yaradıb.
O, büdcənin yenilənmiş versiyasının noyabrın 30-na qədər parlamentə təqdim olunacağını da qeyd edib. (Report)