Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan çay idxalını 3 dəfədən çox artırıb.
Eləcə də bax: Azərbaycana çay idxalı ixracı - 7 Dəfəyədək Üstələyib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin açıqladığı hesabatda bildirilir. Yanvarda Gürcüstan Azərbaycandan 459.07 min ABŞ dolları dəyərində 74.42 ton çay idxal edib.
Belə ki, idxal edilən məhsulun dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 324.12 min dollar və ya 3.4 dəfə, miqdarı isə 50.53 ton və ya 3.11 dəfə çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar ayında Gürcüstan Azərbaycandan 134.95 min dollar dəyərində 23.89 ton çay idxal edib.