Bu ilin yanvar ayı ərzində Azərbaycan ümumi dəyəri 760,17 min ABŞ dolları dəyərində 104,14 ton çay ixrac edib.
Eləcə də bax: Azərbaycandan xaricə alma satışı 13 dəfə azalıb – RƏQƏMLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 2,4 dəfə, həcmi isə 2,2 dəfə artıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 2 517,16 min dollar dəyərində 711,09 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 51,2%, həcmi isə 46,8% azalıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,32% təşkil edib.
Göründüyü kimi, cari ilin yanvar ayında Azərbaycanda çay idxalı ixracı 6,8 dəfə üstələyib. (Apa)