ABŞ-ın gübrə şirkəti "Mosaic", Qırmızı dənizdə husilərin hücumları səbəbindən bir neçə gəmisinin marşrutunu dəyişib.
BP Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracaq
FED.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-a gedən gəmilər üçün yeni marşrut Afrikanın cənubundakı Ümid burnundan keçəcək.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra husilər İsrail ərazisinə hücumlar həyata keçirəcəklərini və gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Babül-Məndəb boğazı Qəzzada əməliyyat tamamlanana qədər nəqliyyat üçün bağlanacaq. Gəmilərə hücumların artmasının ardından bir neçə şirkət, o cümlədən Fransanın nəqliyyat qrupu CMA CGM və Danimarkanın gəmiçilik və logistika korporasiyası Maersk Qırmızı dəniz vasitəsilə daşımaların dayandırıldığını elan edib. (Marja)