Neft və qaz nəhəngi olan Böyük Britaniyanın BP şirkəti Yəmən husilərinin ticarət gəmilərinə hücumlarının artmasından sonra Qırmızı dəniz vasitəsilə bütün daşımaları dayandıracağını bildirib.
FED.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat verir.
“Qırmızı dənizdə gəmiçilik üçün təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda BP Qırmızı dənizdən keçən bütün tranzitləri müvəqqəti olaraq dayandırmaq qərarına gəlib”, - şirkətin bəyanatında bildirilir.
Onu da qeyd etmək lazımdır ki, BP Azərbaycanda bir sıra iri neft-qaz layihələrinin iştirakçısıdır. (Apa)