Beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.
Eləcə də bax: Xarici saytlardan alış-veriş edənlər üçün - GÖMRÜKDƏN DAHA BİR YENİLİK - VİDEO
FED.az xəbər verir ki, bu barədə Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilir.
Qeyd edilib ki, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir.
Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlılığının təmin edilməsi məqsədilə əməliyyatı "Smart customs" mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub "Ana səhifə"dəki "Sadələşdirilmiş bəyannamə-Elektron ticarət" bölməsini seçməklə xidmətdən yararlanmaq olar.