2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227,5 milyon manat vəsait daxil olub.
Eləcə də bax: Azərbaycanda vergi daxilolmaları - 65% ARTIB
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz çoxdur.
2021-ci ilin eyni dövrü ilə müqayisədə isə gömrük xətti ilə büdcə daxilolmaları 1034,3 milyon manat və ya 32,4 faiz artıb. (Apa)