Dövlət Gömrük Komitəsində (DGK) əməkdaşların vəzifədə irəli çəkilməsi üçün müsabiqə keçirilir.
Eləcə də bax: Gömrük Komitəsində vəzifəyə müsabiqə ilə təyin edəcəklər – KOMİTƏDƏ YENİLİK
FED.az xəbər verir ki, komitə rəhbərliyi bu il oktyabrın 6-da «Gömrük orqanlarının əməkdaşlarının vəzifədə irəli çəkilməsi işinin təkmilləşdirilməsi haqqında» sərəncam verib.
Komitə bidirir ki, sərəncamın məqsədi komitədə oş vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədidir.
Bu sərəncama uyğun olaraq komitədə işçilər arasında müsabiqə başlayıb. Daxili müsabiqədə iştirak üçün müraciət edən 373 namizəd “Səriştə üzrə Anket” formalarını dolduraraq təqdim edib.
Anket formaları Komissiya tərəfindən (doldurulma qaydalarına uyğunluğu nəzərə alınmaqla) təhlil edilib və bunlardan tələblərə cavab verən 341 namizəd daxili müsabiqənin ikinci – “Səriştəlilik testi” mərhələsində iştirak hüququ qazanıb.
Oktyabrın 29-da isə “Səriştəlilik testi” keçirilib.
Daxili müsabiqənin şərtlərinə uyğun olaraq “Səriştəlilik testi”ndə iştirak edərək ən yüksək bal toplayan 107 nəfər gömrük əməkdaşı müsabiqənin növbəti – “İndividual tapşırıq və təqdimat” mərhələsində iştirak hüququ qazanıb.