Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 3 milyard 937 milyon 477,6 min manat məbləğində vergi və rüsum köçürüb.
Eləcə də bax: "Proqnozdan əlavə 396 milyon manat gömrük ödənişləri toplamışıq"
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, bu barədə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 3 milyard 585 milyon 516,4 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 9,8% artıb.
2021-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 2 milyard 666 milyon 609,6 min manat (artım 6,2%), aksizlər üzrə 146 milyon 451,1 min manat (artım 14,3%), yol vergisi üzrə 39 milyon 957,2 min manat (artım 19,9%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 84 milyon 459,7 min manat (artım 18,8%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir. Cari il DGK xətti ilə dövlət büdcəsinə faktiki daxilolmalar 4 milyard 165 milyon manat səviyyəsində gözlənilir.